Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start verilib/
Unikal.org-un xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.
Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gəlib. Gərgin keçən mübarizə şəraitində Fransa 4:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləriqarşılaşıb. Matç Uruqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, 1/4 finalda Fransa Uruqvayla qarşılaşacaq.