Türkiyəli müğənni İbrahim Tatlısəs təhdid edilib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, naməlum şəxs müğənniyə zəng edərək oğlu İdo Tatlısəsi öldürəcəyini deyib. Hadisənin ardınca sənətçi dərhal polisə müraciət edib.
Oğlunun təhlükəsizliyinin qorunmasını istəyən İbrahim Tatlısəs İdo və Ahmetin bundan əvvəl də dəfələrlə təhdid edildiyini deyib.