İranın Şimali Xorasan əyalətində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
Unikal.org APA-ya istinadən məlumat verir ki, hadisə bu gün Bocnurd şəhəri yaxınlığında baş verib.
"Volvo" markalı sərnişin avtobusu Zahidan şəhərindən Günbəd şəhərinə gedərkən Bocnurd şəhərinin Mehnan kəndi yaxınlığında qəzaya uğrayıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Sərnişinlər qəzanın sürücünün yüksək sürət üzündən idarəetməni itirməsi nəticəsində baş verdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.