
Ekvadorda bir sutka ərzində ikinci güclü zəlzələ baş verib.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, 6.9 bal gücündəki yeraltı təkanların episentri paytaxt Kito şəhərindən şimal-qərbdə yerləşib.
Xatırladaq ki, bu gün Ekvadorun qərbində 6.7 bal gücündə zəlzələ qeydə alınmışdı.