Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib. 

Unikal.org xəbər verir ki, Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və Britaniyalı bəstəkar Maykl Prays hələ bu ilin fevralında həm ustad dərsləri keçib, həm də müsabiqədə iştirak edəcək bəstəkarların yazdıqları musiqi parçaları ilə tanış olublar. "Envision Sounds adlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib və qaliblər arasında 13 nəfər Azərbaycan bəstəkarı da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında ıştirak edəcəklər.

5 bəstəkar Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci "Səssiz gecələr festivalına dəvət alıb. Həmyerlimiz Azər Hacıəsgərli də onların sırasındadır. Həmyerlimiz britaniyalı rejissor Entoni Askvitin 1928 ci ildə çəkdiyi "Yeraltı (Undergound) filminə musiqi yazmaqla, necə deyərlər ona yeni nəfəs verib. Film tamaşaçılara təqdim olunub və alqışlarla qarşılanıb.