"Kişilər min hoqqadan çıxır... Həyatda özümüz-özümüzə baryerlər qoyuruq, kim mənə nə qadağa qoya bilər? Sərhədlər ailədən başlayar: ata, qardaş, həyat yoldaşı. Kənarda, sosial şəbəkədə kimsə nə etdi, mənə nə.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "El bizim, sirr bizim proqramında deyib.
Aparıcı cəmiyyətdə qadına olan münasibətdən, kişi qısqanclığından danışıb:
"Çalışdığım kanalda bir cütlük var. Kişi qoymur həyat yoldaşı efirə çıxsın. Başa düşmürəm, əgər qısqanırsansa, niyə xanımını kişilərin içində işləməyə qoyursan? Müstəqil qadınam. 23 ildir işləyirəm, həftənin 7 günü çalışıram. Allah ömür versin yenə çalışım. Mən ailədə öz pulumu yığıram. Hətta evdə borc istəyəndə deyirəm yoxumdur.
M.Əliverdiyeva həmkarlarının paxıllığından söz açıb:
"Efirdə olan aparıcıların paxıllığı var. Kişi aparıcıları, qadınlara qarşı qıcıq olur. Reytinq mövzusu bütün aparıcıların boğazındadır. Bu gün verilişin reytinqi 3-dür, qınayırlar. Amma siz onun qonaqlarına, aparıcısına qiymət verin. Mən paxıl insanları görmürəm. Paxıllar heç mənim vecimə də deyil.