"Bu, dostumuz İlham Heydər oğlunun xidmətidir"
12:43 30-08-2012
CƏMİYYƏT
"Bu, dostumuz İlham Heydər oğlunun xidmətidir"
"Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz"
"Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir.
Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq". "Qafqazinfo" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. O, daha sonra deyib: "Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Bu sözləri ona görə deyirəm ki, mən Azərbaycan Prezidentinin "Xalqlar dostluğu" ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişəm. Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir".
"Əməkdaşlığımızın bünövrəsini vaxtilə biz Heydər Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur. On il ərzində Sizinlə biz çox iş görmüşük, heç bir başqa ölkə bu qədər iş görməmişdir. Bir daha vurğulayıram, mütəxəssislərimiz, Belarus və Azərbaycan nümayəndə heyətlərinin üzvləri, sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara yoluxmuşlar. Yeni layihələrin, təşəbbüslərin yaranması ona dəlalət edir ki, biz Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur".
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24