Cahangir Hacıyevlə Hacıbala Abutalıbovun müdhiş ev əməliyyatı
12:51 31-08-2012
İQTİSADİYYAT
Cahangir Hacıyevlə Hacıbala
Abutalıbovun müdhiş ev əməliyyatı
Bakı meri ilə Bank rəhbəri 80 ailəni hökumətdən narazı salır
H. Z. Tağıyev adına Tikinti Kombinatının paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 38 ünvanında yerləşən 4 sayl yataqxanası bərbad hala düşüb. Ən ilginc olan isə bina ətrafında yaşanan qalmaqalda iki tanınmış fiqurun adının keçməsidir.
Bildirildiyinə görə, yataqxanada tikinti kombinatının işçiləri yaşayır və yataqxana sakinlərə veriləndə onlara mənzillərin orderləri də təqdim edilib. Kombinat fəaliyyətini dayandırandan sonra isə yataqxana Bakı şəhər İcra hakimiyyətinin tabeçiliyinə verilib. 2000-ci ildə ölkədə baş verən zəlzələ nəticəsində bina təhlükəli vəziyyətə düşüb. Həmin vaxtdan sonra sakinlər qorxu içində yaşayır, binanın hər an uçmasından ehtiyatlanırlar.
2003-cü ildə sakinlər məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyətinə müraciət edərək binanın vəziyyəti barədə meriyaya məlumat veriblər. Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə görüşəndən sonra bu barədə Baş nazir Artur Rəsizadəyə rəsmi müraciət edib. 2004-cü ildə Bakı meri Hacıbala Abutalıbovun sərəncamı ilə yataqxanada məskunlaşan 160 kombinat işçisinin ailəsi və binada məskunlaşan 12 məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün “Oğuz”MMC-yə 40 sot torpaq sahəsi ayrılıb.
Razılaşmaya görə, sakinlərin iştirakı ilə yaradılan MMC həmin ərazidə bina inşa etməli və 192 ailəni həmin binadakı mənzillərə köçürməlidir. Lakin, bu prosesdə baş verən maxinasiyalardan yataqxananın 92 ailəsi evsiz qalıb.
İcra hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrılandan sonra ərazidə tikinti başlanılıb və 40 sot torpaq sahəsində hər biri 4 blokdan ibarət 2 ədəd 18 mərtəbəli yaşayış binası inşa edilib . Amma, köçürülmə zamanı sakinlərin hamısı bu binada mənzillə təmin edilməyib.
Belə ki, bina əvvəlcə “Oğuz”MMC tərəfindən tikilməyə başlayıb və sakinlərin hamısı ilə mənzil müqaviləsi bağlanıb. Amma, sonradan MMC binanın tikintisini dayandırıb və binaların tikintisini “Ümid” MMC davam etdirib. Bu şirkətin qeyri-rəsmi sahibi isə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevdir.
Sonda bina hazır olanda sakinlərdən 68 kombinat işçisi və 12 məcburi köçkün ailəsi həmin binaya köçürülsə də, qalan 92 ailə evsiz qalıb. Şirkətdən bildiriblər ki, onlara bu binadan mənzil verilməyəcək.
Binada hazırda 432 mənzil inşa edilib və həmin mənzillərdən 172-si sakinlərə verilməlidir. 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi yataqxanaya baxış keçirib və burada ailələrin yaşamasına icazə verməyib. Nazirliyin aktı ilə bina tam istifadəyə yararsız hesab edilib və burada yaşamaq qadağan olunub. Nazirlik 80 ailənin yataqxanadan təcili köçürülməsi üçün Nazirlər Kabinetinə yenidən müraciət etsə də, müraciət hələ də cavabsız qalıb.
Bu da azmış kimi, bir neçə gün əvvəl rayon icra hakimiyyətinin nümayəndələri gələrək sakinlərə başqa yerə köçürüləcəkləri barədə xəbərdarlıq edib. Sakinlər buna etiraz olaraq yolu bağlayıblar. Onlar daha bir etiraz aksiyasını sentyabrın 4-nə planlaşdırıblar.
Qeyd edək ki, istər Abutalıbov, istərsə də Cahangir Hacıyev ən qalmaqallı məmurlardan sayılır və indiyədək onların adı ətrafında bir çox skandallar yaşanıb. Amma bunların heç biri istər Abutalıbov, istərsə də Hacıyevi durdurmaq üçün kifayət olmayıb.
Ən pisi isə odur ki, ayrı-ayrı məmurların qanunsuz davranışları üzündən vətəndaşlar hökumətdən narazı salınır. Odur ki, belə məmurlara “dur” demək zamanı gəlib.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40