İran türklərdən niyə xoflanır?
12:52 31-08-2012
İQTİSADİYYAT
İran türklərdən niyə xoflanır?
Güney Azərbaycan türklərinin milli haqları ilə bağlı məsələ dünya ictimaiyyətinin diqqətini cəlb etməyə başlayıb. Oxucunun yadındadırsa, mətbuatın yazdığına görə, artıq bu problem Birləşmiş Ştatların Dövlət Departamenti səviyyəsində müzakirə edilməyə başlanıb. Və bu müzakirə rəsmi Tehranı ciddi şəkildə əndişələndirib. Tehran hakimiyyəti güneyli soydaşlarımızın elementar mədəni-etnik hüquqlarını qanuni və haqlı şəkildə ödəməkdənsə, öz iddiasını çeşidli şəkildə yeritməyə və Güney Azərbaycan ərazisinin İrana məxsusluğunu özünəməxsus yolla sübuta yetirməyə çalışır.
"İRNA" informasiya agentliyinin məlumatına görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədində İran rəhbərliyi ölkədəki ən uca dövlət bayrağını qaldırıb. Bu bayrağın hündürlüyü 60 metrdir və uzaqdan da görünür. Bayraqla bağlı tədbir hökumət həftəsində keçirilib...
Hansı zəlzələ - tektonik, yoxsa siyasi-milli?
Və yaxud bölgəsəl
matəmin ilahi hikməti
Yaxın günlərdə İranda, daha doğrusu, Güney Azərbaycanda baş vermiş zəlzələnin törətdiyi fəsadlara İranın dövlət başçılarının, daha dəqiqi, fars məmurlarının reaksiyası bütün dünyada ikrah və hiddət doğurdu. Məlum olduğu kimi, İran dövləti 300 soydaşımızın həlakına səbəb olmuş bu facilə ilə bağlı bölgəsəl və yaxud məhəlli matəm elan etdi. Yəni bu matəm bütün İranda deyil, ancaq Güney Azərbaycanında qeyd edildi. Bu, çox gözəldir!!! İran artıq anlayır ki, Güney Azərbaycanın İrandan ayrılma və öz taleyini yaşaması mərhələsi yetişib!!!
Bu zəlzələnin ən böyük ilahi məntiqi bundan ibarətdir!
İranın Azərbaycana qarşı işləyən mətbuatını müşahidə etdikdə sanki təbii zəlzələnin deyil, siyasi zəlzələnin baş verdiyinin şahidi olurduq.
Bu qismdən olan mətbuat orqanları İran azərbaycanlılarına qarşı işləyən təbliğat vasitələrinə çevrildi. Onlar qəflətən bəla ilə üzləşmiş Azərbaycan əhalisində ümid yaratmaq əvəzinə antiazərbaycan təbliğata yeni element qoşdular: guya beynəlxalq qüvvələr avtomaşınlarını göndərərək həmin zəlzələ ərazisindəki avtomobil yollarında tıxaclar yaradırlar və bununla da İran maşınlarının zəlzələ bölgəsinə getməsinə maneçilik yaradırlar. İranda fəaliyyət göstərən azərbaycandilli mətbu orqanları bu cür dəhşətli, qəfil təbii fəlakətlə üzləşmiş əhalidə ümid yaratmaq üçün dünyanın və ya qonşu dövlətlərin zəlzələdən zərər çəkmişlərə yardıma gəldiyi fikrini təkrarlaya bilərdi. Belə addım adamlarda ümidsizliyi azaldar, dözümü artırardı. Reallıqda istənilən ölkə vətəndaşının İran ərazisinə daxil olması İranın sərhəd-nəzarət orqanlarının icazəsi ilə mümkündür.
Sanki azərbaycandilli İran mətbuatı belə bir təbii fəlakətin olacağından xəbərdar imiş və buna hazırlaşırmış. Zəlzələnin baş verməsindən sonra ilk şərhlərin tıxac üzərində qurulması bunu deməyə əsas yaradır. Rəsmi Tehran zəlzələ regionuna ən zəruri vaxtda diqqət ayırmadı. Bu, İranın siyasi elitasındakı bütün azərbaycanlılar üçün tarixi utancdır.
İran rəhbərliyinin zəlzələ bölgəsindəki əhaliyə münasibəti ölkəsinin vətəndaşına olan münasibət deyildi, azərbaycanlılara olan münasibət idi. Yaxın keçmişdə İranın qeyri-azərbaycanlılar yaşayan regionlarında da zəlzələlər olub. Fars ideologiyasının nökəri olan "elitar İran azərbaycanlıları" həmin zəlzələlər zamanı rəsmi Tehranın davranışını saatbasaat izləməklə hansı səviyyəyədək alçaldıqlarını başa düşə bilərlər. Təbii ki, mənəviyyatı olmayanlar İranda azərbaycanlılara qarşı nəyin baş verdiyini anlamayacaqlar.
İran Azərbaycanında baş vermiş zəlzələdə yerli əhaliyə qarşı haqsızlıq təkcə bu deyildi: 20 saat ərzində xilasetmə istiqamətində heç bir iş görməyən rəsmi Tehran zəlzələ bölgələrini torpaqlamaq əmrini verdi. Başqa sözlə, azərbaycanlıları diri-diri basdırdılar. Dünya tarixində 20 saat ərzində xilasetmə işlərinin başlanmaması və xilasetmə işləri başlamadan həmin ərazilərin torpaqlanması görünməmiş hadisədir. İran rəhbərliyinin bu addımı insanlığa, bəşəriyyətə və dinə qarşı həqarətdir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlının bu hadisəni unutmağa haqqı yoxdur: İran rəhbərliyinin imkanı olsa, bizim milləti diri-diri torpağa basdırar.
Urmiya gölünün qurumasında rəsmi Tehranın, o cümlədən Ermənistan üzərində qurulmuş siyasəti olmasaydı, bu zəlzələdə baş verənləri təsadüfi hadisə hesab etmək olardı. Urmiya gölü ekoloji fəlakətdə olduğu halda, İranın Ermənistanla SES tikintisi məsələsini gündəlikdə saxlaması rəsmi və dini Tehranın Azərbaycan xalqına qarşı uzunmüddətli strateji məqsədlərinin necəliyindən xəbər verir.
Özünü güclü dövlət hesab edən İran ölkə ərazisinə xarici yardım buraxmadı. Eyni zamanda özü də yardım edə bilmədi. Gücü sözə verib: Azərbaycanda hansısa azsaylı izləyicisi olan sayt və ya qəzet İrandakı zəlzələnin adını çəkirsə, dərhal onu işıqlandırırlar, İran mətbuatı orada sionistlərin barmağını axtarırlar. Biz indi İsrailin gücünə inanmağa məcburuq. İsrail İranı, onun başında duranları nə günə salıbsa, 33 il keçməsinə baxmayaraq, bu gün də İran rəhbərliyi İsrailin nökəri olmağa can atır. Azərbaycan mətbuatında ən küncdə yazılan yazını görən teokratik rejim təmsilçiləri dinə qarşı edilən hörmətsizlikləri görmürlər. Zəlzələdə Azərbaycan mətbuatının rolunu görən iranlılar nədənsə, İrandakı cümə namazlarında Allahın adından danışılan yalanları, Quran-Kərim ayələrinin saxtalaşdırılmasını, hətta özlərindən yeni ayələrin icad edilməsini görmək istəmirlər.
İranın Azərbaycan dilli mətbuatı bir dəfə də olsun zəlzələdən zərər çəkənlərə Azərbaycan Respublikasından yardımın göndərilməsi ilə bağlı ayrıca xəbər yaymadı. Digər xəbərlərin və ya şərhlərin içərisində bu məsələyə qısaca toxundu. Bu mənada İrandakı Azərbaycan dilli mətbuatın İran-Azərbaycan münasibətlərini düşmənçiliyə çevirməsi istiqamətindəki prioriteti bir daha sübut olundu. İrandakı Azərbaycan dilli mətbuat özlərindən yalan məlumat, şərhlər düzəltməklə İran-Azərbaycan münasibətlərini düşmənçiliyə doğru istiqamətləndirirlər.
İranda ən çox sui-istifadə olunan iki məsələ var: bunlardan biri din, digəri isə Azərbaycandır. Rəsmi və dini Tehranın hansına - İslam dininə və ya Azərbaycana daha çox həqarətlə yanaşdığını demək çətindir, çünki yeri gələndə antiazərbaycançılığı, yeri gələndə isə dinimizi saxtalaşdırılmasını ön plana çıxarırlar. Hər halda bir şey gün kimi aydındır: İran rəhbərliyi o boyda dövləti Azərbaycan Respublikasına, Azərbaycan xalqına və azərbaycanlılara düşmən etsə də, Azərbaycan Respublikası güclənir, Azərbaycan xalqı qüdrətlənir, dünya azərbaycanlıları inkişaf edir. Son 20 illik vəziyyəti müqayisə etsələr, hər şeyi özləri başa düşəcəklər".
Bəli, bu bir danılmaz faktdır ki, İran məmurlarının, İran ziyalılarının türklərə, yəni biz azərbaycanlılara tarixi və necə deyərlər, çağdaş nifrəti heç bir əndazəyə sığmır. Dünyada və tarixdə bu nifrətin analoqu olmayıb. Mübaliğəli görünməsin, hətta Hitler də yəhudilərə bu qədər nifrət etmirdi...
İnanın, ərazimizn 20%-ni işğal etmiş ermənilər də bizə farslar və farslaşmış türklər (məsələn, İranın dini rəhbəri Seyid Əli Xamneyi) qədər nifrət etmirlər...
Sıravi bir ziyalı kimi bu nifrətin səbəblərini anlamağa cəhd edəndə qarşımızda qəribə bir mənzərə sərgiləndi...
Allah Kəlamını təhrif edə bilən xalq və yaxud mükafatdan məhrum
edilmiş fars şovinisti
Türklərə patoloji nifrət farsların tarixindən və tarixi yaddaşından qaynaqlanır. Bu yaddaş o qədər xoflu bir fenomendir ki, o öz nöqteyi-nəzərini təsdiqləmək üçün hətta Allahın Kəlamını, İsmarıclarını da təhrif etməyə qədər bayağılığa vara bilir.
"Avesta"dan
başlayaq...
Məlum olduğu kimi, farslar İslam dinindən öncə atəşpərəstlik etiqadına tapınırdılar. Bu etiqadın müqəddəs kitabı "Avesta"dır. Amma farslar bu gün Qurani-Kərimi və İslam dinini necə başa düşürlərsə, elə "Avesta"nı da o cür anlayırdılar.
"Avesta"ya görə, Kainat iki qüvvə - işıq və zülmət tərəfindən idarə olunur. Yenə də bu Müqəddəs Kitaba görə, işığı Hörmüz, qaranlığı isə Əhrimən təmsil edir.
Və əsil əmma burada ortalığa çıxır. Atəşpərəstlərin, yəni qədim farsların qənaətinə görə, Əhrimən heç kimi deyil, məhz ... türkləri, yəni bizləri təmsil edir. Bu bizim fikrimiz və ya fərziyyəmiz deyil, Avropa və dünya avestaşünaslarının qəti qənaətidir.
Qədim farsların düşüncəsinə görə, işıq allahı Hörmüz, yəni farslar, qaranlıq allahı isə Əhrimən, yəni türklərdir. Bu model fars şovinizminin ulu babası hesab edilən "Əbülqasim Firdovsinin məşhur "Şahnamə" dastanında da əks etdirilib. Həmin dastanda Əhriməni türk xaqanı Əfrasiyab (qədim türk qaynaqlarında Alp Ər Tonqa kimi gedib), Hörmüzü isə sasani hökmdarları təmsil edir.
Şərqşünaslar, hətta İran alimləri də qeyd edirlər ki, "Şahnamə" dastanı türklərə və ərəblərə patoloji nifrət ruhunda qələmə alınıb. Və alimlər bildirirlər ki, əsəri sifariş etmiş türk sultanı Sultan Mahmud Qəznəvi məhz bu motivlərə görə şairə vəd etdiyi qonorarı ödəməkdən imtina edib.
Hara baxsan,
türklərdir...
Fikrimizcə, farsların türklərə qarşı patoloji nifrətinin kökündə yeganə bir geopolitik reallıq durur: cənub bölgələri istisna edilməklə İranın hər tərəfdən türk dövlətləri ilə əhatə edilməsi.
Təsəvvür et, əziz oxucu, İranı şərqdən bizlər və Anadolu türkləri, qüzeydən yenə də bizlər, şimali-şərqdən isə özbəklər və türkmənlər əhatə edib. Bu "türk həlqəsi"nin içində özünü boğulmuş kimi təsəvvür edən qədim və indiki farslar, doğrudan da, həmişə böyük təşviş içində yaşayıblar. Bu təşviş bu gündə farsların şüuraltını idarə edir və yönləndirir.
(Növbəti yazıların birində şüuraltı proseslərin hər bir xalqın taleyinə necə təsir etməsini araşdıracağıq.)
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00