Xalq artisti Bilal Əliyev Həcc ziyarətinə gedib

Unikal.org  Axşam.az-a istinadən xəbər verir ki, müğənni ziyarətdən fotoları İnstaqram səhifəsində paylaşıb. 

B. Əliyev şəkillərinə "Mədinə şəhərində Allahın Rəsulunun peyğəmbərimizin Cəbrayıl ilə danışdığı yer. Allah arzu edənlərə qismət etsin sözlərini yazıb. 

Qeyd edək ki, B.Əliyev bundan əvvəl də bir neçə dəfə müqəddəs yerlərdə ziyarətdə olub.