Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın ona olan borcundan danışıb.
Unikal.org-un məlumatına görə, "ATV maqazin onlarla verilişinə danışan ifaçı bildirib ki, hələ də pulunu qaytarmayıblar: "Bir iş üçün pul verilmişdi. O iş də düzəlmədi və pul qaldı. 3 min manat, 4 min dollar idi. 3 mini qaytardılar, amma 4 min qaldı. Hələ də gözləyirəm.
Qeyd edək ki, F.İbadova bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, İ.Quliyevanın oğlu Orxan Nadirov onun pulunu qaytarmaq istəmir.