Aparıcı Kamran Həsənli reperlər Elşad Xose ilə Hüseyn Dərya haqqında maraqlı faktı açıqlayıb. 

Unikal.org  Axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Onda başladıq" verilişində bunları deyib:

"Kontrakt" layihəsində ilk qonağımız repçi Elşad Xose olmuşdu. Şərtlərə əsasən Elşad Xose ya rəhmətlik Hüseyn Dərya ilə boks yarışına çıxmalıydı, ya da  saçı kəsilməliydi. Hətta Hüseyn Dərya da boks əlcəkləri ilə gəlib çəkiliş meydançasında gözləyirdi. Amma tamaşaçılar Elşadın saçının kəsilməsinə səs verdilər. Maştağalı bərbər Rafiq də gəldi, Elşadın saçını qırxdı.

Başqa verilişdə isə Royanı qonaq etdik. Ona isə şərt qoyduq ki, Primadonna tatusu vurdursun. Sonra paxılların ucbatından proqram əlimdən alındı".

Qeyd edək ki, "Kontakt" ATV-də yayımlanırdı.