"Müğənnilər var ki, toylarda dilənirlər. Heç kim deyə bilməz ki, Vasif toyda stollardan pul alıb.
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Vasif Məhərrəmli "5/5 verilişində deyib: "Yeganə müğənniyəm ki, hər zaman kostyumlarımın cibi bağlı olub. Gözütox insanam. Ruzimi verən Allahdır. Sənətim, ailəm, atam, anam var. Allah mənə bu sənəti verib. Beşindən pis, 15-dən yaxşı oxuyuram.
İşləyirəm, toylara gedirəm və qazanıram. Küçədə 40-42 dərəcə isti var, amma iş başındayıq. Şabaş vermək artıq yoxdur. Bu yaxınlarda bir yəhudi toyunda oldum. Orada yığışıb qənaətə gəliblər ki, pul atmaq yığışdırılsın.