"Mançester Yunaytedin çilili futbolçusu Aleksis Sançes komandanın ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hücumçuya ABŞ tərəfindən viza verilməməsi olub. 29 yaşlı futbolçunun İspaniyada vergidən yayınması ilə bağlı aldığı 16 aylıq həbs cəzasına görə, viza üçün etdiyi müraciət qəbul edilməyib. Yeri gəlmişkən, çilili futbolçunun həbs cəzası pul cəzası ilə əvəz olunub.
Sançes məşqlərini İngiltərədə davam etdirəcək.