"Fənərbaxçanın transfer etmək istədiyi "Sportinqin futbolçusu Bas Dost gələcəyi ilə bağlı qərarını verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı hücumçu Lissabon təmsilçisi ilə razılığa gəlib. Yaxın günlərdə tərəflər müddəti 2021-ci ilədək olan yeni müqaviləyə imza atacaqlar. Futbolçunun sərbəst qalma məbləği isə 60 milyon avro olacaq.
Bir müddət öncə "Sportinqin azarkeşlərinin futbolçulara hücum etməsindən sonra hollandiyalı futbolçu klubla olan müqaviləsini birtərəfli olaraq ləvğ etmişdi. İşi FİFA-da olan, bu səbəblə də azad agent statusu ala bilməyən futbolçunun vəziyyətini "Fənərbaxça fürsət bilib, onun transferinə çalışırdı.