Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
Unikal.org xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə irəliləyib.
Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qəbələ, "Neftçi və "Keşlə növbəti oyununu keçirdi. "Neftçi Macarıstanın "Uypeşt klubu ilə səfər oyununda böyük hesabla uduzdu - 0:4. "Keşlə Malta "Baltsanına evdə 2:1, "Qəbələ səfərdə Lüksemburq "Proqresinə 1:0 hesabıyla qalib gəldi.
Klublarımızın üçünün də mübarizəni dayandırmasına baxmayaraq, ölkəmiz irəliləməyə imkan tapıb. Belə ki, "Keşlə ilə "Qəbələ qalib gəlməklə Azərbaycanın reytinqinə hərəyə 0.250 xal yazdırıb.
Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.750 reytinq xalı var. Onun 1.125 (0.375 "Qarabağın, 0.250 "Neftçinin, 0.250 "Keşlənin, 0.250 "Qəbələnin payına düşür) xalı cari mövsümdə qazanılıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.