Kriştianu Ronaldunu"Yuventus"a satan "Real" daha bir ulduz futbolçunu transfer edir.

Unikal.org  qaynarinfo-ya istinadən xəbər verir ki, Madrid klubu "İnter"dənMauro İkardiniheyətinə qatır. İspaniya mediasının məlumatına görə, "Real" İtaliya klubuna futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 110 milyon avro ödəməklə transferi reallaşdıracaq.

Avropa mediası bu transferiLionel Messiyəqarşı həmlə olaraq dəyərləndirir. Belə ki, Messi və İkardi arasında uzun müddətdi gərginlik davam edir. "Barselona"nın aşağı yaş qruplarında futbolun sirrlərini öyrənən İkardinin həm Kataloniya klubuna, həm də Messiyə müasibəti yaxşı deyil. Hətta onun bu səbəbdən Argentina millisi ilə dünya çempionatına aparılmadığı deyilir. 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İkardi 2011-ci ildə 300 min avroya "Sampdoriya"ya transfer olunub. Bu klub isə 2 il onra onu 13 milyon avroya "İnter"ə satıb. Hazırda "Transfermarkt" İkardiyə 95 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu ötən mövsüm A Seriyasında keçirdiyi 34 oyunda 29 qol vurub və bombardir olub.

Onu da qeyd edək ki, "Real"ın "Çelsi"dənEden Hazardı190 milyon avroya transfer edəcəyi deyilir.