Fransanın "Nansi klubu "Sevilyadan FİFA-ya şikayət edəcək.

Unikal.org xəbər verir ki, "Nansini narazı salan məqam müdafiəçi Kleman Lanqlenin "Barselonaya keçidi zamanı vəsait əldə edə bilməməsidi. Lanqle 2017-ci ildə "Nansidən "Sevilyaya keçərkən müqavilədə göstərilib ki, futbolçu başqa kluba satılarsa, əldə olunan vəsaitin 10 faizi fransızlara ödəniləcək.

"Sevilya müdafiəçini 35,9 milyon avroya "Barselonaya satsa da, "Nansiyə 3,6 milyon avronu ödəməyib. Rəhbərlik bu vəsaiti ödəmək niyyətində olmadığını bildirib.

Lanqle "Nansinin yetirməsi sayılır. O, ötən mövsüm İspaniya çempionatında 35 oyun keçirib, 3 qol vurub, 1 qol ötürməsi edib.