Teymurləngin Hafiz Şirazi və Nəsimi kimi mütəfəkkirlərlə görüşməsi haqqında məlumatların əsası varmı?
Bəzi məşhur şəxslərin həyatı ilə bağlı istər mənəbələrdə, istərsə də xalq arasında həqiqətdən uzaq məlumatlara rast gəlmək olur. Məşhur şəxsiyyətlərə sevgi və yaxud nifrət üzündən onların həyatı ilə bağlı həqiqətə uyğun olmayan əhvalatlar da uydurulur. Teymurləng, Hafiz və Nəsimi kimi şəxsiyyətlər də bu qəbildəndir.
Unikal.org islam.az-a istinadən bildirir ki, onları istər hədsiz tərifləyən, istərsə də gözdən salan rəvayətlər mövcuddur. Teymurlənglə Nəsiminin görüşü mötəbər mənbələrdə öz əksini tapmayıb və böyük ehtimalla, həmin hadisənin əks edildiyi yeganə mənbə olan "Nəsimi" filminin ssenari müəllifinin təxəyyülünün məhsuludur. Teymurləngin Hafizlə görüşü, bu görüş əsnasında etdikləri söhbətlər də ciddi tarixi əsasa malik deyil. Bu hadisə ilk dəfə Dövlətşah Səmərqəndinin təzkirəsində qeyd edilmişdir. Həmin təzkirədə istər digər şairlər barədə verilmiş bir sıra məlumatlar, istərsə də bu hadisə ciddi şübhələrə yol açır.