Xəbər verdiyimiz kimi, Bakıda "Sea Breeze Resort istirahət mərkəzində "Jara-2018 Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.
Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2018in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı "Jara festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.
Festivalın təşkilatçıları Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radionun və "Qızıl qrammofon mükafatının təsisçisi Sergey Kojevnikovdur.