23.04.18 tarixində Unikal.org-da "Dünya məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim başlığı altında yazı dərc olunub.
Hadisə ilə bağlı "Dünya" Məktəbindən Unikal.org-a təkzib məktubu göndərilib. Məktubda deyilir:
"Diqqətinizə çatdırırq ki, DÜNYA Məktəbində hər-hansı kütləvi zəhərlənmə halı baş verməyib. 26.04.2018 tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələri də bunu bir daha təsdiq edir.
50 nəfər şagirdin dərsə gəlməməyinə gəlincə isə, nəzərə alınmalıdır ki, DÜNYA Məktəbində 70 sinif var və müəyyən səbəblərdən ən azı hər sinifdən 1 şagirdin dərsə gəlməməsi normal sayıla bilər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələrini sənəd olaraq yazıya əlavə edirik və sayt rəhbərliyindən KİV haqqında müvafiq qanunvericiliyə uyğun olaraq qeyd olunan yazı (Dünyaməktəbindəkütləvizəhərlənmə: 50 şagird, 4 müəllim) ilə bağlı bizim təkzibimizi saytınızda dərc etməyinizi xahiş edirik".