Azərbaycanlı oliqarxların müdhiş Batumi macəraları!
13:52 01-09-2012
CƏMİYYƏT
Azərbaycanlı oliqarxların müdhiş Batumi macəraları!
Gürcüstanın turizm zonasında möhkəmlənən iri məmurlarımızdan narazılıq var
Azərbaycanlı oliqarxlar Gürcüstanın turizm zonalarına investisiya yatırımını artırıblar. Xüsusilə Batumidə onların ailə üzvləri və yaxınları vasitəsilə restoranlar, otellər almağa başladığı məlumdur. Bu barədə redaksiyamıza məlumatilı mənbə bildirib.
Mənbənin deməsinə görə, Batumidə turizm biznesinə girişən bir neçə oliqarxımızın burada aldıqları obyektləri dəbdəbəli şəkildə yenidən qurduqları sirr deyil: "Əslində azərbaycanlı məmurların Batumiyə yatırımlarına təəccüblənmək də doğru deyil. Hazırda Gürcüstan Qafqazın turizm lideridir, bu sektorun təkcə postsovet məkanındla yox, dünyada ən sürətlə gəlişdiyi ölkədir. Pulun qoxusunu çox yaxşı hiss edə bilən azərbaycanlı məmurların belə bir fürsəti fövtə verəcəklərini düşünmək isə sadəlöhvlük olardı".
Məlumatlarda ilginc məqam isə azərbaycanlı məmurların və onlara yaxın iş adamlarının Batumiyə axışının turizm bölgəsində narazılıq yaratmasıdır: "Burada istirahət çox ucuz başa gəlir və xeyli sərfəlidir. Amma azərbaycanlı məmurların qiymətləri bahalaşdıracağı yönündə ciddi əndişələr var. Həmin əndişələr özünü doğrultmaqdadır. İmkanlı turistlər istənilən halda yüksək qiyməti olan otel və restoranlara üz tuturlar. Bu isə istər-istəməz narazılığa yol açır. Məsələ burasındadır ki, Batumidə turizm qiymətlərinin bəlli bir miqyası var. Həmin qiymət sisteminə kifayət qədər geniş maliyyə imkanlarına malik azərbaycanlı məmurların müdaxiləsi isə xoş qarşılanmır".
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37