İyulun 27-də - "Jara-2018 Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.
Unikal.org-un məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub.
Əvvəlcə Xalq Artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər. Bəstəkar və müğənni Emin Ağalarov "Jara-2018in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb. Qeyd edib ki, tamaşaçıların festivala marağı ifaçıları ilhamlandırır. Mən hamıya xoş anlar arzu edirəm.
Tədbirin aparıcısı qırmızı xalının üzərindən keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər müsbət emosiyanın olmasına heyran qaldığını bildirib.
Leyla Əliyeva deyib: "Özümü çox xoşbəxt hesab edirəm. Sizinlə ünsiyyətdə olanda daha çox sevinirəm. Zənnimcə, siz işinizi ideal səviyyədə yerinə yetirirsiniz. Dünən çox gözəl idi. Əminəm ki, bu gün də belə olacaq. Hamıya gözəl axşam və cansağlığı arzu edirəm.
Qırmızı xalıdan Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov, həyat yoldaşı, qızı və digərləri keçiblər.
Festivalın təşkilatçılarından olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Vladimir Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.
Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radionun və "Qızıl qrammofon mükafatının təsisçisi Sergey Kojevnikovdur.