"Jara-2018" Beynəlxalq Musiqi Festivalını möhtəşəm başlanğıcdır.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu möhtəşəm və ən gözəl başlanğıcdır. Bu möhtəşəm ölkədir, valehedici şəhərdir. Böyük məmnuniyyətlə bura gələn Rusiyanın ulduzları heç olmasa bir neçə günlük də olsa bir-birimizə özümüz haqqında xatırladır. Bu müasir dünyada vacibdir", deyə Peskov bildirib.
Peskov artıq 4 ildir ki, Bakıda olmadığını qeyd edib. "Bakı möhtəşəm şəhərdir, mən ona aşiqəm", - Peskov bəyan edib.
Üçüncü "Jara" festivalı 26-29 iyul tarixlərində Bakıda "Sea Breeze"-də keçirilir. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan və Moldovadan estrada ulduzları iştirak edirlər. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.