Oqtay Şirəliyevin nazirliyi məhkəməyə düşdü
13:54 01-09-2012
CƏMİYYƏT
Oqtay Şirəliyevin nazirliyi məhkəməyə düşdü
Azərbaycanda vurulan peyvəndlərlə bağlı yeni qalmaqal yaşanır
"Rəfael adlı övladları bir yaşında uşağa vurulan peyvəndlər səbəbindən autizm xəstəliyinə yoluxan valideynlər Səhiyyə Nazirliyini məhkəməyə verib". Bu barədlə sosial şəbəkələrdə yayılan məlumatda bildirilir.
Məlumata görə, hazırda bu şikayət əsasında məhkəmə araşdırması davam edir. Şikayətçinin yeganə istəyi ağır fəsadların yaranmasına səbəb olan civə və başqa ağır metal tərkibli vaksinlərin Azərbaycanda dövriyyədən çıxarılmasıdır.
Hər şey ondan başlayıb ki, 1 yaşınadək özünü normal uşaq kimi aparan körpə (indi onun 4 yaşı var) sonuncu peyvəndlərdən sonra yeni öyrəndiyi sözləri də "unudub" və onda özünəqapanma, ətraf aləmdən təcrid olma meylləri müşahidə olunmağa başlayıb. Azərbaycandakı həkimlər uşaqda uutizm sindiromunun olduğunu bildirsələr də, Uşaq Psixo-Nevroloji Dispanserdə deyiblər ki, bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda 3 yaşınadək uşaqlara bu diaqnoz rəsmi olaraq qoyulmur. Çünki Səhiyyə Nazirliyinin bu barədə xüsusü göstərişi yoxdur.
Məhkəmədən əvvəl bir sıra tibbi və rəsmi instansiyalara peyvəndlərin kimyəvi tərkibi ilə arayış almaq üçün yazılı müraciət edən valideynə qeyri-rəsmi formada peyvəndlərin qutularında olan yaddaş vərəqələrini veriblər.
Uşağın valideynlərinin apardığı araşdırmadan sonra məlum olub ki, farmakoloji şirkətlər tərəfindən peyvəndlərin tərkibində konservant kimi istifadə olunan ağır metallardan ibarət timerasol, yəni civənin orqanik forması və aliminium vaksinlərin ucuz başa gəlməsi və uzunömürlü olması üçün lazım olan maddənin həcmi 1990-cı ildən bəri 2 dəfə artırılıb. Bəlli olub ki, vaksinin tərkibindəki ağır metalların miqdarı ÜST-ün 1994-cü ildə qəbul etdiyi normadan 35 dəfə çoxdur. Vaksinin tərkibindəki ağır metalların çoxluğu onun saxlanma qaydalarının və qiymətinin yüngülləşməsi məqsədini güdür. Avropanın inkişaf etmiş ölkələrində 1997-ci ildən bəri bu tip vaksinlərdən istifadə dayandırılıb.
Valideynlər ann.az saytına bildiriblər ki, doğulandan 12 saat sonra uşağa vurulan Hepatit B-nin tərkibində (1 doza - 0.5 ml) konservant olaraq - Timerasol (civənin orqanik forması) 0.025 mq. və adyuvant olaraq (immun reaksiyanı artırmaq üçün) Aliminium hidroksid - 0.25-0,4 mq var: "Civə insan orqanizminə ən ağır ziyan verə bilən maddələrdən biridir, onun orqanik birləşmələri isə qeyri-orqanik birləşmələrinə nisbətən daha ziyanlıdır. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadları isə sinir sisteminə yetirir. Nəticədə qoca dəli papaqçı xəstəliyi, Minamat xəstəliyi və sairə xəstəliklər zamanı mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.
Eyni ilə peyvəndlərin tərkibində olan aluminium da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir. Misal olaraq, Alsqeymer və Parkinson xəstəliklərini göstərmək olar".
Poliklinikada vurulan peyvəndlərdən sonra uşağın qanında ağır metalların miqdarı normadan 16 dəfə çox olub, valideynlərn söylədiyinə görə, oğlunun xəstəliyinin səbəbi budur.
"Unikal" olaraq qeyd edək ki, son illərdə Azərbaycanda peyvəndlərin uşaqların həyatı üçün ciddi təhlükəyə çevrilməsi barədə iddia və xəbərlər xeyli artıb. Bu isə həm Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyi sərt tənqidlər qarşısında qoyub, həm də peyvəndlərin Azərbaycanda ləğvini gündəmə gətirib.
Səhiyyə Nazirliyi isə belə fikirləşmir. Azərbaycanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, Azərbaycan uşaqların peyvənd olunması təcrübəsindən imtina etməyə hazırlaşmır və peyvənddən imtina çox zərərli və səhv fikirdir. Onun sözlərinə görə, dünyada peyvəndin alternativi və onu əvəz edən heç nə yoxdur. Baş pediatr hesab edir ki, valideyn peyvənd etdirməməklə uşağının hüquqlarını pozur, çünki bu yolla uşaqları xəstəlikdən qorumaq mümkündür. Əgər valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.
Amma nazirlikdə heç kim demir ki, bəs peyvəndlər ucbatından sağlamlığını itirən, dünyasını dəyişən uşaqlara görə cavabdeh kimdir?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49