Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.
Bu barədə Unikal.org-a Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabahsaat 12-dən 14-dək davam edəcək.
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.