"İndependentcritics.com portalı hər il olduğu kimi bu il də dünyanın ən gözəl simalı məşhurlarının siyahısını hazırlayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 100 nəfərin daxil olduğu siyahıda 5 türkiyəli tanınmış da var.
Onlar aktrisalar Elçin Sanqu, Hande Erçel, Afra Saraçoğlu, Çağatay Ulusoy və Barış Arduçdur.
Siyahının ilk onluğuna isə daxildir: Kandis Svenepol (Şimali Afrika), Barbara Palvin (Macarıstan), Kara Delevinq (Birləşmiş Krallıq), Audreyana Mişel (ABŞ), Emma Vatson (Fransa), Daşa Taran (Rusiya), Jeonqyeon (Şimali Koreya), Kimberli Rider (İndoneziya), Sonia Ben Ammar (Fransa), Yu Jinqyi (Çin).