Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün sevgilisi Umut Evirgenlə birgə çimərlikdə çəkilən mətbuatın gündəminə düşmüşdü. Sevgilsinin sevgi öpüşünə qrq olan aktrisanı sosial şəbəkədə tənqid etmişdilər. Onun çimərlik geyimində bu cür görüntülənməsinin ayıb olduğu fikirləri irəli sürülmüşdü.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tənqidlərdən bezən aktrisa "instaqram" hesabında paylaşım edib və onu tənqid edənlərə reaksiya verib:
"Əziz insanlar, tənqid etməyi çox sevirsiz? Bu sizə özünüzü daha yaxşı hiss etdirir? Daha yaxşı həyat yoldaşı, övlad olursunuz? Ya özünüzü daha günahsız və xoşbəxt hiss edirsiniz? Belədirsə, davam edin. Mən sizə güzgü olmağı qəbul edirəm.
Qeyd edək ki, Tuba Büyüküstünün Onur Saylakla evliliyində əkiz qızları var. 2012-ci ildə evlənən cütlük 2017-ci ildə boşanıblar.