Xərçəng xəstəliyinə tutulmuş əməkdar artist Tünzalə Əliyevanın yeni görüntüləri yayılıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, görüntüləri aparıcı Hacı Nuran sosial mediada paylaşıb.Əməliyyata girməzdən öncə çəkilmiş videoda aktrisanın ağladığı diqqətdən yayınmır. O, özü də daxil olmaqla bütün xəstələrə şəfa diləyib:
"Gedirəm əməliyyata, sağ-salamat qayıdım. İnşaAllah ki, görüşərik. Hamıya uğurlar. Allah bütün xəstələrə şəfa versin".