Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, bu barədəaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.


***

Hacı Nuran paylaşdığı statusa əlavə edib ki, aldığı son məlumata görə, Həsənağa Sadıqovun nəfəsi qayıdıb: "Oğlu Elşəndən aldığım son məlumata görə, nəfəsi gedib-gəlir, can üstündədir".