Ötən gün xərçəng xəstəliyinə görə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva palataya köçürülüb və əməliyyatı uğurla keçib. 

Unikal.org  xəbər verir ki, aktrisa sosial şəbəkədə bəzi insanları onun xəstəliyi üzərində şou yaratdığı üçün qınayıb:

"Mənim üçün etdiyiniz dualara görə sizə təşəkkür edirəm. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, müalicə alıram. Dünən nə az, nə çox 5 saat əməliyyat olundum. Bildiyiniz kimi, uşaqlıq boynumda bədxassəli şiş var idi. Bu mərkəzin direktoru və həkimlərinə dərin təşəkkürümü bildirirəm. İnşaAllah, sağ-salamat yenə sənətimə və səhnəyə dönəcəm. Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, onlara üzümü tutub deyirəm, başqasının xəstəliyi üzərində şou qurmayın. Mən həqiqətən də xərçəng xəstəsi idim. Dünən əməliyyat olundu. Bu gün isə sağlamam".


Herbirinzin dualarinizi hiss eledim Allah herkseden razi olsun

A post shared by Respublikanin Emekdar Artisti (@tunzale_official_) on