Aparıcı Mətanət Əliverdiyeva oğlu Oqtay Zöhrabovu evləndirməyə hazırlaşır.
 
Unikal.org xəbər verir ki, o, bu haqda ATV-də yayımlanan "10-dan sonra" verilişində məlumat verib.

Mətanətin sözlərinə görə, artıq oğlu evlənəcəyi qızı seçib:

"Oqtayın seçdiyi qız var. Mən çox sevinirəm. Çox yaxşı qızdır. Bir ildir ki, tanıyıram. İnşaAllah evimizdə xeyir iş gözlənilir. Sentyabr-oktyabr ayları ərəfəsində həmin xanımgilə elçiliyə getmək istəyirik. Bu məsələnioğlumun öz seçiminə buraxdım. Mən niyə seçməliyəm evlənəcəyi xanımı?".

Qeyd edək ki, Mətanət Əliverdiyeva iki oğul anasıdır.