Xəbər verdiyimiz kimi, azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib.
Unikal.org yenicag-a istinadən xəbər verir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva uşaqlara atalarının ölümünü demədiyini bildirib: "Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".
Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.