Müğənni Sibel Canın bu mövsüm ən zəngin türkiyəli məşhur olacağı bildirilir.
Unikal.org "Postaya istinadən xəbər verir ki, ifaçı bu gündən etibarən yay turnesinə çıxır.
17 şəhərdə konsert proqramı ilə çıxış edəcək Sibel Canın ümumilikdə 3 milyon 200 min lirə (təxminən 1,5 milyon AZN) qazanacağı vurğulanır.
Belə ki, hər konsertdən sənətçinin 180-200 min lirə (təxminən 100 min AZN) qonorar alacağı deyilir.
Məlumata əsasən, Sibel Can konsertləri üçün 35 ədəd bahalı libas sifariş verib.