Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.

O, Dənizkənarı Milli Parkda yerləşən "Şeytan çarxı atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

09:17

Bakıda bir nəfər xilas edilib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. 

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.