Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə unikal.org-a DİN-nin mətbuat xidmətindən verilən məlumta görə, hadisə rayonun Düyərli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi "VAZ-21074 markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.