Sumqayıt şəhərində 60 yaşlı qadını avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Ağayeva Gülbuta Niyazalı qızı 13 mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.