Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sərÂÂhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini daÂvam etÂdirir.
DSX-dən unikal.org-a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfinÂdən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarÂlanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştiÂrakÂçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan ResÂpublikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu "Şıxlı dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.