Dövlət Sərhəd Xidməti (DSX) son günÂlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan RespublikasıÂnın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb.
Bu barədə unikal.org-a DSX-dən məlumat verilib.
Bildirilib ki, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam ResÂpublikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərÂhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilən yoxlama zamaÂnı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaÂniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.
Bundan başqa, iyulun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərÂhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilən yoxlama zamanı pasportun saxÂtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılÂan şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəyÂyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.
İyulun 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə taÂrix-ştampların saxtalaşdırılması müəyyən edilib.
Avqustun 6-da "Samur dövlət sərhədindən buraxılış məntəqəÂsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.