Şirkətdən dizel oğurlayan şəxs saxlanılıb.

Unikal.org-un DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb "QAZel markalı avtomobilində aparmağa cəhd göstərən Qobustan qəsəbə sakini Xudayar Hüseynov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.