Xərçəng xəstəliyinə səbəb olan məşhur amillərin arasında genetika, siqaret çəkmə, yanlış qidalanma, bəzi infeksiyalar, kimyəvi preparatlarla əlaqə, radioaktiv şüalanma və başqaları göstərilir.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, tədqiqatlar göstərir ki, onkoloji riski yüksəldən 2 əsas amil var: passiv həyat tərzi və pis qidalanma. Xərçəng xəstəliyinə tutulmaması üçün onkoloqlar xüsusilə aşağıdakı məhsullardan uzaq durmağı məsləhət görürlər.
1. Qənd halına salınmış şəkər və süni şirinləşdirici maddələr
2. Emal edilmiş ət
3. Süni böyüdülmüş balıq
Balığın süni yetişdirilməsi son dərəcə sıx şəraitdə balığın böyük miqdarının yetişdirilməsinə əsaslanır. Belə darısqal şəraitdə bakterial, virus və parazit epidemiyaların riski çox yüksəkdir, buna görə balığı antibiotiklər, pestisidlər və başqa kanserogen maddələrlə emal edirlər.
4. Turşuya qoyulmuş və hisdə qurudulmuş məhsullar
Adətən belə məhsullar yararlılıq müddətini uzadan nitrat tipli konservantları özündə saxlayır. Bu əlavələr zamanla insan orqanizmində yığılır. Yekunda onlar hüceyrə səviyyəsində parçalanmalara səbəb olaraq xərçəngə gətirib çıxarır.
5. Sintetik yağlar
Bu, saxlama müddətini artırmaq üçün tərkibi süni şəkildə dəyişdirilən sintetik məhsuldur. Tədqiqatlara görə, bu cür yağlar döş xərçənginə tutulma riskini iki dəfə artırır.
6. Kartof çipsləri.
Bu məşhur yemək sintetik yağlarda qızardılır və sonra bol-bol duzlanır. Bundan başqa, çipslər xolesterinin səviyyəsini yüksəldən trans-piyləri və qan təzyiqini yüksəldən natriumu özündə saxlayır, akrilamidin (həmçinin siqaretlərdə olan kanserogen maddə) maddəsini özündə saxlayır.
7. Mikrodalğalı sobada popkorn
Mikrodalğalı sobada popkorn rahat yemək olsa da, xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.
8. Təmizlənmiş ağ un
Təmizlənmiş un bütün qidalı xüsusiyyətlərindən məhrum olur.