Prezident İlham Əliyev Natiq Əliyevin "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev "Şöhrət ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 10-da xalq rəssamı Natiq Əliyevin 60 yaşı tamam olur.