Oqtay Şirəliyevə kim təzyiq edib?
12:34 04-09-2012
CƏMİYYƏT
Oqtay Şirəliyevə kim təzyiq edib?
Dərman reklamına qoyulan qadağanın yumşaldılmasının sirri məlum oldu
Ukraynada reseptlə satılan dərmanların reklamına qadağa qoyulub. Parlament ölkə daxilində bu qadağanı nəzərdə tutan qanun qəbul edib. Qanuna görə, qadağan olunan dərmanların adları olan siyahını Ukrayna Səhiyyə Nazirliyi müəyyənləşdirəcək. `
Azərbaycanlı ekspertlərin bir çoxu Adil Qeybulla Ukraynada tətbiq olunan bu qayda ilə tam razıdır. Onların fikrincə, hazırda dünyada nəinki reseptlə verilən dərmanların, ümumiyyətlə, dərman preparatlarının reklamına qadağa var. "Dərman preparatı hər hansı sənaye məhsulu, marka deyil ki, reklam olunsun. Dərman ancaq və ancaq təyinatı üzrə verilir və həkimin resepti ilə alınır. Dünyanın əksər ölkəsində əczaxanalarda reseptsiz heç bir dərman satılmır. Çünki xəstənin hər hansı problemi varsa, həkim nəzarətində olmalı, həkim ona təyinat verməli və təyinata uyğun dərman qəbul edilməlidir. Bizdə neyrotrop, psixotrop dərmanların da reklamına rast gəlinir. Bu, qətiyyən düzgün deyil. Misal üçün, onkoloji xəstələrə dövlət pulsuz dərman verir, amma baxırsan ki, o, əczaxanadan alır" - bunu tibb elmləri doktoru Adil Qeybulla bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bu barədə danışarkən maraqlı açıqlama verib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan nəinki Ukraynanı, bir çox ölkələri qabaqlamışdı. "Biz 2006-cı ildə qanunda belə bir dəyişiklik eləmişdik. Həmin qanuna görə, bütün dərman vasitələrinin reklamı yasaqlanmışdı. Sonra nədənsə dəyişiklik oldu, icra hakimiyyəti orqanları tərəfindən təzyiq göstərildi ki, qanun bir az yumşaldılsın. Həm də müəyyən reklam şirkətlərinin, televiziyaların işləri "axsadığına" görə o qanuna dəyişiklik etdik. Hazırda Azərbaycanda reseptlə satılan dərmanlardan başqa, bütün preparatların reklamı mümkündür" - deyə deputat bildirib.
Qeyd edək ki, Azərbaycanda dərmanların reklamına qoyulan qadağaların yumşaldılması həmin vaxt etirazla qarşılanmışdı. Amma Səhiyyə Nazirliyi bu etirazlara təpki verərkən bunu "dünya təcrübəsi" ilə əlaqələndirmişdi.
İndi isə millət vəkilinin dediklərindən belə məlum olur ki, bunun səbəbi tam başqa imiş və icra hakimiyyəti qurumlarının təzyiqləri səhiyyə naziri Oqtay Şirəliyevi müəyyən qədər geri addım atmağa və "yumşaldıcı" güzəştə getməyə məcbur edib. Nəzərə alsaq ki, Musa Quliyev Şirəliyevlə yaxın dostdur və səhiyyə naziri ilə isti münasibətlərə malikdir, o zaman deputatın dediklərinin reallıqla örtüşdüyünə heç bir şübhə qalmır.
Yeganə maraqlı, sual yaradan məqam isə budur: Musa Quliyev açıqlamasında hansı icra hakimiyyəti qurumlarına işarə edir? Onun nəzərdə tutduğu icra orqanları hansılardır?
Bu suallara cavab axtararkən adının çəkilməsini istəməyən ekspert söhbətin dərman biznesi ilə əlaqəsi olan iri məmurlardan getdiyini istisna etmədi. "Deputatın konkret ünvanlar göstərməməsi təbiidir. Bununla özünü zərbə altında qoymaq istəməyib. Çünki söhbət xeyli sayda iri məmurdan gedir ki, onların dərman biznesində iştirakı və payı var" - deyə həmsöhbətimiz vurğulayıb.
Musa Quliyevin təzyiqlərin motivini açıqlaması da maraq doğurur. Hər halda həmin motivlər barədə bilgilər əldə edibö sizinlə paylaşmağa çalışacağıq.
Aliyə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33