Bir həftə əvvəl dünyasını dəyişən Anar Nağılbazın həyat yoldaşı Aytən xanım reperin məzarı üstünə əklil göndərib.

Unikal.org xəbər verir ki, bunu Anarın anası Şərqiyə xanım baku.ws-ə açıqlamasında bildirib

"Aytən xaricdə yaşayır. Anarın dostlarından pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: "Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin.

Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söylədi: "İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.

Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər? Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi-¦ Oğluma çox ürək-dirək verirdi.

Şərqiyə xanım Aytənin də xəstə olduğunu söylədi: "O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir.

Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.