Türkiyədə "Esra Erolla izdivaç" verilişindən tanınan azərbaycanlı Naz Milanın İnstaqram səhifəsi bloklanıb.
Unikal.org-un məlumatına görə, keçmiş gəlin namizədinin sosial şəbəkədə 1 milyondan çox izləyicisi var idi.
Səhifənin bağlanmasına səbəb onun paylaşdığı +18 foto və videolar olub. İddia olunur ki, İnstaqram rəhbərliyindən bununla bağlı Naza dəfələrlə xəbərdarlıq gəlib. Amma Mila bu bildirişlərə məhəl qoymayıb.