Elnur Aslanov: "Zəiflik və gücsüzlük Sarkisyanı ölkəmizin ünvanına hədyanlar işlətməyə təhrik edir"
12:37 04-09-2012
CƏMİYYƏT
Elnur Aslanov: "Zəiflik və gücsüzlük Sarkisyanı ölkəmizin ünvanına hədyanlar işlətməyə təhrik edir"
Ötən həftəsonu Azərbaycan üçün çox əlamətdar bir hadisə ilə yadda qaldı- 2006-cı ilin aprel ayının 13-də Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərov Azərbaycana ekstradisiya olundu və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv edildi.Bu addım İrəvanda heç də birmənalı qarşılanmadı. Bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
O qeyd edib ki, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstan tərəfindən Azərbaycan Respublikasına təhvil verilməsi məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində həyata keçirildi:
"Ermənistan prezidentinə gəldikdə isə, qarşıdan gələn seçkiləri nəzərə alsaq, Serj Sarkisyan çıxışlarında və eləcə də Azərbaycanın işğal edilmiş torpaqlarındakı əldəqayırma rejimə ünvanladığı təbrik məktubunda vaxtının əhəmiyyətli hissəsini məhz bu məsələyə həsr etdi".
E.Aslanov vurğulayıb ki, Ermənistan prezidenti öz dövlətinin bacarıqsızlığını dərk edərək bərk təşvişə düşdü və bir daha ermənilərin fikrən vandalizm və terror aktları ilə bağlı faktlara əsaslanan ideologiyası ilə bağlı hədə-qorxu gəlmək, hətta rəsmi olaraq yeni hədyanlar səsləndirmək tədbirlərinə əl atmaq niyyətinə düşdü.
"Beləliklə də, sivil siyasətçinin maskası üzündən düşdü və əsl cəlladın iç üzü ortaya çıxdı. "Qoy, onda özlərindən küssünlər" - bütün antiazərbaycan qüvvələrinə hücum siqnalı verən S.Sarkisyan dediklərinə məhz belə bəraət qazandırdı.
Bu ifadə lap cəmiyyətdən küskün düşən qatillərin də qanını dondurmağa qadirdir. İnsanlıqdan uzaq olduğunu bir daha sübuta yetirən Serj Sarkisyan dövlət başçısı kimi əsas prioritetlərini ortaya qoymaqdan çəkinmədi, öz gücsüzlüyünü və bacarıqsızlığını Azərbaycan diplomatlarını və mülki şəxslərini terrora məruz qoymaqla ört-basdır etməyə çağırdı.
Bunu da qeyd etmək lazımdır ki, heç bir şeyə baxmayaraq, Azərbaycan ermənilərə qarşı deyil, etnik təmizləməyə, dinc insanların, qadınların və uşaqların öldürülməsinə haqq qazandıran erməni ideologiyasına qarşıdır.
"Biz onsuz da bunu vaxtaşırı olaraq edirik. Lazım gəlsə, yenə də edərik" - Ermənistan prezidenti Serj Sarkisyanın 2012-ci il sentyabrın 2-də işlətdiyi bu sözlər eynilə olduğu kimi, 2000-ci ilin dekabr ayının 15-də müdafiə naziri olan Serj Sarkisyanın Xocalıda baş verən qətliamın səbəbləri ilə bağlı səsləndirdiyi bəyanatı əks etdirir".
E.Aslanovun fikrincə məhz o zaman erməni ideologiyasının barbarlıq dərəcəsinin yüksək səviyyəsini əks etdirən belə bir bəyanat bunu etiraf edirdi: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhv etməyi bacardıq".
"XXI əsrdə dövlət başçısından belə qana susamış hədələr və dözümsüzlüyə çağıran bəyanatlar eşitmək olduqca qəribədir. Lakin onu da yaddan çıxarmaq lazım deyil ki, müasir Ermənistanda mühüm vəzifə tutmağın ən qısa yolu əllərini qadınların və uşaqların qanına batırmaqdan keçir- söhbət həm prezident Serj Sarkisyandan, həm də məsələn, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qismində ölkədə hakim olan cinayət klanının bəslədiyi mənfur şəxslərdən gedir.
Azərbaycan bu nasist ideologiyasının bütün mahiyyətini hamından yaxşı başa düşür. Çünki hələ 2003-cü ildə prezident Robert Koçaryan "erməni və azərbaycanlıların genetik olaraq bir araya sığışmadığı" ifadəsi ilə çıxış etmişdi".
E.Aslanov qeyd edib ki, bizim ölkəmiz dəfələrlə ərazi iddialarının qurbanı olub və bu müxtəlif etnik mənşəli günahsız Azərbaycan vətəndaşlarının qanının axıdılması ilə nəticələnib.
"Lakin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə erməniçilik ideologiyasının tərəfdarı olan hər kəs qəflətən anladı ki, vaxt artıq onun xeyirinə işləyən amil olmaqdan çıxıb və özlərinin əleyhinə işləməyə başlayıb.
Serj Sarkisyanı bizim ölkənin ünvanına boş ifadələr səsləndirməyə təhrik edən zəiflik və acizlik - bu iki hiss bu günə qədər erməni dövlətinin uğursuzluğunu tam olaraq dərk edən İrəvanın xəsis hakim klanına tanış idi. Eyni zamanda heç bir regional layihənin Azərbaycan olmadan reallaşdırıldığı və Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizinin ölkəmizin payına düşdüyü bir halda son dövlət aktivləri ilə vidalaşan Ermənistan öz vətəndaşlarının gələcəyini satır.
Hətta həm romantik əhval-ruhiyyədə olan diaspordan, həm də bir sıra dövlətlər tərəfindən dəstək aldığı halda belə Ermənistan regional layihələrdən təcrid olan iqtisadiyyatın az-çox məqbul qapalı modelinin quruculuğunda açıq-aşkar uğursuzluğa "nail oldu".
Bu gün Ermənistan seçim qarşısındadır: ya dağlıq Qarabağ problemi üzrə güzəşt, ya da sürəkli iqtisadi durğunluq və bundan sonra uzun müddət vətəndaşların həyat səviyyəsinin pisləşməsi.
Hazırkı konteksdə qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geosiyasi vəziyyət yaxşılığa doğru getmir, tammiqyaslı regional əməkdaşlıq olmadan isə erməni iqtisadiyyatının hətta minimum rəqabət qabiliyyətliliyi sadəcə mümkünsüzdür.
Bununla yanaşı, erməni aktivləri xarici şirkətlər də daxil olmaqla bu ökədə maraqları olan hər kəs üçün yük olacaq.
Ermənistan vətəndaşları başa düşməlidirlər kim, İrəvandakı hakim rejim əməlli olaraq artıq bu gün ölkəni dağıtmaqla sadəcə gənc nəslin gələcəyini oğurlayır.
Aralarında Ermənistan nümayəndələrinin də olduğu müstəqil ekspertlərin fikrinə görə, Ermənistanda sosial-iqtisadi böhran və onun nəticələri yalnız dövlətlərarası regional əməkdaşlıq, kooperasiya və inteqrasiyası şəraitində tarazlana bilər.
Məhz ona görə, İrəvanın Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini süni olaraq uzatması və bu məsələdə qərarsızlığı regional inkişafı ləngitməklə eyni zamanda Ermənistanın da inkişafını iflic edir.
Toğrul
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55