Rusiyalı məşhur Lera Kudryavseva ikinci dəfə ana olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı aparıcının qızı dünyaya gəlib. Avqustun əvvəlində nənə olan Lera övladının doğulma xəbərini özü yayıb.
Aparıcının uşağının atası isə həyat yoldaşı, 30 yaşlı xokeyçi İqor Makarovdur. Bu, İqorun ilk övladı olsa da, Leranın ikinci uşağıdır. Aparıcının Can Kenyuk adlı 28 yaşında oğlu var.