Cahangir Hacıyev Beynəlxalq Bankın özəlləşməsinə mane olur?
12:38 04-09-2012
CƏMİYYƏT
Cahangir Hacıyev Beynəlxalq Bankın özəlləşməsinə mane olur?
Dövlət qurumları ABB-nin özəlləşməsinin qrafikdən çıxması barədə danışmaq istəmir
Hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi plan-qrafikinin öhdəsindən gəlməyib. Yada salaq ki, 2011-ci ilin dekabrında rəsmən bildirilmişdi ki, məsləhət konsorsiumu ABB-də dövlətin payının özəlləşdirilməsi layihəsinin birinci hazırlıq mərhələsini bitirib.
İkinci yekun mərhələ bankın özəlləşməsi üçün zəruri sənədlərin hazırlanması və potensial alıcıların yekun siyahısının alınması idi. Bu mərhələ 2012-ci ilin ortalarında bitməli idi və bankın səhmlərinin özəlləşdirilən hissəsinin satışının sənədləşməsi də bura daxil idi.
Dövlət Əmlak Komitəsində bankın özəlləşdirilməsi barədə suala şərh verməyiblər.
Maraqlıdır ki, ABB-nin özəlləşdirilməsi 100 mln manat əlavə emissiya buraxılması və NK-nın 340 mln manata çatdırılması ilə üst-üstə düşüb. Dövlət Maliyyə Nazirliyinin şəxsində əlavə emissiyada dövlətin payını ödəyib (50,2%). Amma emissiya başlayandan (iyun 2012-ci il) başqa səhm sahibləri (1800 xarici və yerli hüquqi və fiziki şəxs) səhmləri nominal qiymətə almaqdan imtina edir. Məsələ burasındadır ki, ABB səhmlərinin bazar qiyməti 19-20 qəpik, nominal qiyməti 24 qəpikdir.
İndiyəcən 2011-ci il üçün ABB-nin mühasibat balansı üzrə müstəqil auditor rəyi açıqlanmayıb. 2010-cu ilin balansı üzrə rəy ABB-nin saytına ötən ilin avqustunda qoyulub.
ABB-nin özəlləşdirilməsi üzrə məsləhətçilər konsorsiumuna bunlar daxildir: "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC, "Rothschild &CIE" və "Salans UK Limited" hüquq şirkəti.
Bəzi ehtimallara görə, ABB prezidenti Cahangir Hacıyev bankın özəlləşməsinə qarşıdır və iqtidar içindəki çeşidli himayədarları, əlindəki müəyyən təsir imkanları hesabına hələlik bu prosesi ləngidə bilir. İstisna deyil ki, ABB-nin özəlləşməsinin qrafikdən çıxması da elə Beynəlxalq Bank prezidentinin müqaviməti ilə bağlı olsun.
Murad Can
Digər Xəbərlər
2024-12-24 14:05:11
2024-12-24 13:58:35
2024-12-24 13:57:23
2024-12-24 13:45:50
2024-12-24 13:37:15
2024-12-24 12:47:00
2024-12-24 12:36:00
2024-12-24 12:35:42
2024-12-24 12:32:00
2024-12-24 12:20:00
2024-12-24 12:15:00
2024-12-24 11:57:08
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00