Cəbhəçi icra başçısını himayə edən komitə sədri
11:18 05-09-2012
İQTİSADİYYAT
Cəbhəçi icra başçısını
himayə edən komitə sədri
Elçibəy hakimiyyətinin ilk günlərində Xocavəndə təyinat alan Eyvaz Hüseynov 20 il öz vəzifəsini necə qoruya bilib?
Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyəti dövründə icra başçısı təyinatı alan və aradan 20 il keçməsinə baxmayaraq, hələ də həmin postda əyləşən şəxs var. Bu, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur.
Əbülfəz Elçibəyin prezident seçilməsindən qısa müddət sonra - 1992-ci il iyulun 2-də Xocavənd rayon icra hakimiyyətinin başçısı postuna təyinat alan Eyvaz Hüseynovun sonrakı hakimiyyət dəyişikliklikləri dönəmində öz görəvini necə qoruyub-saxladığı maraq doğurur. Cəbhə hakimiyyəti kadrları sonradan vəzifələrindən uzaqlaşdırıldığı halda onun 20 ili keçən icra başçılığının səbəbini anlamaq çətindir. Belə çıxmırmı ki, sabah hakimiyyət yenidən dəyişsə bir vaxtların cəbhəçisindən yapçıya çevrilən Eyvaz Hüseynov həmin anda da təzə hakimiyyətin “kadr”ına çevriləcək?
Bəlkə də YAP-ın hakimiyyətə gəlişindən sonra hansısa vəzifəyə təyin olunub uzun müddət həmin postda oturanları başa düşmək olar. Heç olmasa, onlar YAP-dan qeyri partiyanın məfkurəsindən çıxış etməyiblər. Amma bir vaxtlar cəbhəçi olub sonradan da YAP çətiri altına sığınmaq qəbul etmək lazımdır ki, heç bir məntiqə, arqumentə sığmır. Axı əqidə məsələsi heç vaxt vəzifədən, kürsüdən yuxarı olmamalıdır.
Digər tərəfdən, 20 il icra başçısı işləmək nə deməkdir? Ekspertlər birmənalı qeyd edir və inkişaf etmiş ölkələrin təcrübəsində də belə qəbul olunur ki, bir şəxsin uzun müddət eyni vəzifədə qalması korrupsiyanın əsas mənbələrindən biridir. Elə Azərbaycanın məşhur atalar sözündə deyildiyi kimi: “Su da bir qabda çox qalanda iylənir”.
Bu mənada 20 il icra başçısı postunda oturmağın izahını tapmaq çətindir. Nəticəsi isə göz önündədir: son vaxtlar mətbuatda Xocavənd rayon rəhbərliyi haqqında tənqidlər həm intensivləşib, həm də bu tənqidlərin dozası artıb. Rayona büdcədən ayrılan vəsaitlərin “abadlıq işləri” altında mənimsənildiyinə, rayon təhsilinin və səhiyyəsinin acınacaqlı vəziyyətə düşməsi barədə ittihamların ardı-arası kəsilmir.
O suala qayıdaq ki, bəs Xalq Cəbhəsi hakimiyyəti dövründə icra başçısı təyinatı alan Eyvaz Hüseynovu aradan keçən 20 il ərzində bu görəvində saxlayan “güc” nədir, və ya kimdir? İddialara görə, Hüseynovun iqtidar içindəki himayədarı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Məhz Həsənov Xocavəndin cəbhəçi icra başçısının YAP hakimiyyəti dövründə də öz görəvində qalması üçün əlindən gələni edir.
Bəs “Qaçqınkom” sədrinin bunda marağı nədir? Hələlik bu suala cavab vermək çox çətindir. Amma komitə sədrinin də yəqin ki, bildiyi bir iş var.
Bu, bizim ehtimalımızdır, amma yaxşı olardı ki, məsələyə elə icra başçısı ilə komitə sədrinin özləri aydınlıq gətirsinlər.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00