İranın Energetika Nazirliyi keçmişdən qalan borcun ödənməsi və elektrik ixracının yenidən başladılması məsələlərini müzakirə etmək üçün İraq Elektrik Nazirliyinə dəvət göndərib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Energetika naziri Rza Ərdəkaniyan danışıb.

"İraq mövcud borcun bir hissəsini ödəyib. Enerji və digər məsələləri müzakirə etmək üçün onlara dəvət göndərdik. İraqla münasibətləri inkişaf etdirmək və elektrik ixracını davam etdirmək istəyirik", - nazir bildirib.

Xatırladaq ki, İran ötən ay ölkədəki enerji problem ilə əlaqədar olaraq Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə enerji satışını dayandırdığını açıqlamışdı.